Xanım Qafarova sabah əməliyyat olunacaq

Xanım Qafarova sabah əməliyyat olunacaq

Dövlət Musiqli Teatrın aktrisası Xanım Qafarovanın səhhəti yenidən pisləşib. Bu haqda SİA-ya aktrisanın özü məlumat verib: "Hazırda ağrılarım var. Bununla əlaqədar yenidən cərrahiyə masasına əyləşəcəm. Sabah Türkiyəyə yola düşürəm. Əməliyyatımla bağlı axşam mənə məlumat veriləcək. Onu deyim ki, müalicəmə 10 min manatdan çox pul lazımdır. Ancaq əməliyyat bitdikdən sonra dəqiq miqdarı bəlli olacaq. İnşallah əməliyatdan 1-2 həftə sonra yenidən vətənə qayıdacam".

Nəzərinizə çatdıraq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva süd vəzisi xərçəngindən əziyyət çəkən tanınmış aktrisa Xanım Qafarovanın müalicəsini öz üzərinə götürüb.

Qeyd edək ki, Xanım Qafarova uzun müddətdir ki, süd vəzisi xərçəngindən əziyyət çəkir. O, hər iki süd vəzisini apmutasiya etdirib. 6 yaşında isə bir qızı var.

Allah şəfa versin!

Bütün xəbərlər Facebook səhifəmizdə