Ennio Morrikone - 85 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Tanınmış italiyalı bəstəkar, dirijor, dünyaca məşhur çoxsaylı bəstələrin müəllifi Ennio Morrikone konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, konsert Morrikonenin 85 illik yubileyinə həsr olunub. Bəstəkar əsasən kino və televiziya üçün musiqi yazır. O, "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeni sahibi, kinematoqrafiya sahəsində xidmətlərinə görə "Oskar" 2007 mükafatı laureatıdır.

Nəzərinizə çatdıraq ki, Morrikone Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinə və Dövlət xor kapellasına dirijorluyq edəcək. Bəstəkarın ən yaxşı əsərləri ifa olunacaq.

Qeyd edək ki, konsert 25 yanvar saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti isə 50-500 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...