Nazir: "Elə böyük əsas görmürəm ki, bu, mübahisə mövzusuna çevrilsin"
Bakıda YUNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyasının tədbirləri çərçivəsində mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda "Çövkən" oyunu ilə bağlı bir müddət əvvəl İranla Azərbaycan arasında yaranan mübahisələr barədə sualı cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sözügedən oyun bütün şərqdə tanınan oyundur: "Ümid edirik ki, İranın mövqeyi bu oyunun inkişafına zəmin yaradacaq. Bizim hazırladığımız sənədlər YUNESCO-nun bütün kriteriyalarına cavab verir. Elə böyük əsas görmürəm ki, bu mübahisə mövzusuna çevrilsin. Əsas diqqət etdiyimiz məqam bu oyunun YUNESKO-nun siyahısına salınmasından ibarətdir ".
Qeyd edək ki, YUNESKO-nun mədəniyyət işləri üzrə müavini Françesko Bandarin "Çövkən" oyunu haqda heç bir narahatçılığın olmamasını və hər şeyin şəfaflıq üzərində qurulacağını media nümayəndələrinin diqqətinə çatdırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB