İtaliyanın Roma şəhərində I İtaliya-Azərbaycan Turizm Forumu keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının İtaliyadaki Səfirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycandan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Turizm İnstitutunun, turizm şirkətləri və mehmanxanaların, eləcə də "Ecostyle" İctimai Birliyinin nümayəndələrindən ibarət 16 nəfər, İtaliyanın turizm şirkətləri, mehmanxana və media nümayəndələrindən ibarət isə 100 nəfər heyət iştirak edib.
Nəzərinizə çatdıraq ki, forumda hər iki tərəfin turizm şirkətləri arasında biznes görüşləri və təqdimatlar keçirilib, turizm sənayesində çalışan sahibkarlar və dövlət nümayəndələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, turizm sahəsində qarşılıqlı təcrübə mübadiləsinin öyrənilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İtaliya ilə Azərbaycan arasında ilk dəfə keçirilən Turizm Forumunun proqramına uyğun olaraq tədbir çərçivəsində Azərbaycanın turizm potensialının, həmçinin turizm şirkətləri tərəfindən turizmin müxtəlif növlərinin (mədəni turizm, müalicə turizmi və ekoturizm), eləcə də "Şahdağ" Qış-Yay Turizm Kompleksinin təqdimatları keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB