Səxavət Məmmədovun 60 illik yubileyi keçiriləcək

Səxavət Məmmədovun 60 illik yubileyi keçiriləcək

Görkəmli xanəndə Səxavət Məmmədovun 60 illik yubileyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, yubiley noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Gecəyə ictimai xadimlər, xanəmndələr və Səxavət Məmmədov sevərlər təşrif buyuracaqlar.

Nəzərinizə çatdıraq ki, tədbiri Xan Şuşinski Fondu təşkil edir.

Qeyd edək ki, Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabrın 10-da Ağdamın Abdal-Gülablı kəndində dünyaya gəlib. Cabbar, Bülbül, Üzeyir, Seyid, Xan kimi dahilərdən öyrənən S. Məmmədov 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə