“Qoca kloun”

Yeni mövsümdə Mate Vişnekin əsəri əsasnında "Qoca kloun" tamaşası nümayiş olunacaq. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, tamaşada Nicat Kazımov, Elnur Kərimov, Manaf Dadaşov, Vüsal Akif Mehrəliyev, Müşfiq Əliyev və başqaları iştirak edirlər.

Nəzərinizə çatdıraq ki, tamaşa əməkdar artist Nicat Kazımovun benefisi olacaq.

Qeyd edək ki, "Qoca kloun" tamaşası noyabrın 2-si saat 19:00-da Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutacaq. Biletlərin qiyməti isə 6 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə