Ədəbiyyat üzrə Nobel Mükafatı "hekayə ustası"na verildi

Ədəbiyyat üzrə Nobel Mükafatı "hekayə ustası"na verildi

2013-cü ilin ədəbiyyat üzrə Nobel Mükafatına Kanada ədəbiyyatının patriarxı sayılan Alice Ann Munroya verilib. Yazıçı İsveç Krallığı Elmlər Akademiyası tərəfindən "müasir hekayə ustası" adı altında təltif edilib. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, 2013-cü ilin yayında 82 yaşlı E.Munro ədəbiyyatdan gedişini elan edib. 2012-ci ilin payızında çapdan çıxmış "Əziz həyat" ("Dear Life") hekayələr toplusu onun son kitabıdır.

Nəzərinizə çatdıaq ki, E.Munro ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş 13-cü qadındır. Ümumilikdə isə bu kateqoriya üzrə 110-cu Nobel mükafatı laureatıdır.

Qeyd edək ki, təqdim edilmiş laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da, Stokholmda Nobel mükafatının banisi İsveç sahibkarı və ixtiraçı olan Alfred Nobelin ölüm günündə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə