Tanınmış aktyor-rejissor 22 ildən sonra əməkdar artist adına layiq görüldü FOTO
Tanınmış aktyor-rejissor Nicat Kazımov əməkdar artist adına layiq görülüb. Aktyor SİA-ya açıqlamasında bu adla təltif edildiyinə görə çox sevindiyini dilə gətirib: "22 illik sənətimə verilən qiymətdir. Çox sevincliyəm. Bu, məndən sonra gələn cavan aktyorlar, rejissorlar üçün də gözəl stimul olacaq. Buna görə, cənab Prezidentimiz İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə və bu işdə zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm. Gənc Tamaşaçılar Teatrında 22 il çiyin-çiyinə çalışdığım kollektivə və Akademik Milli Dram Teatrında çalışan bütün aktyorlara minnətdaram. Bu mükafat təkcə mənim yox, həm də bütün kollektivimizin qazandığı uğurun təzahürüdür".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB