V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirildi

V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirildi

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində türk xalqlarının müasir musiqisindən ibarət kamera konserti olub. SİA-nın verdiyi xəbərə görə, konserti açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə qonaqları salamlayaraq dahi Üzeyir bəyin Azərbaycan musiqisinin inkişafındakı böyük əməyindən söhbət açıb. Daha sonra F.Əlizadə ABİ-nin yeni üzvləri bəstəkar Pikə Axundovaya, həmçinin musiqişünaslar Xatirə Həsənzadə, Əminə Əliyevaya üzvlük kitabçalarını təqdim edib. Nəzərinizə çatdıraq ki, Əziz Qarayusiflinin ifasında Türkiyə bəstəkarı Özkan Manavın solo klarnet üçün "Taksim" əsərinin səslənib. Konsertdə həmçinin Şəhriyar İmanovun öz ifasında solo tar üçün "7 məqam", Mədinə Şahgəldiyeva (kamança) və Sevinc Kərimovanın (piano) ifasında Dadaş Dadaşovun kamança və piano üçün "Şərq kapriççiosu", Leyla Əliyeva və Aynur Xəlilovanın ifasında Sərdar Fərəcovun iki piano üçün (Azərbaycan) "Konsert süitası" səsləndirilib. Proqramda həmçinin tatar bəstəkarı Rəşid Kalimullinin soprano, fleyta, violonçel, piano üçün "Rivayat" poeması, özbək bəstəkarı Rüstəm Abdullayevin piano üçün "Novruz freskaları", Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın solo violin üçün "Şövq", qazax bəstəkarı Artık Toksanbayevin trio üçün "Steppe sketshes" əsərləri də ifa olunub.

Qeyd edək ki, əsərləri Fatimə Cəfərzadə (soprano), Nicat Salmanov (fleyta), Eyyub Əliyev (violonçel), Leyla Əliyeva (sprano), Aynur Xəlilova (violin), Ümidə Abbasova (violin) səsləndirib. Tanınmış xanəndə Mütəllim Dəmir Şəhriyar İmanov (tar) və Elvin Novruzovun (kamança) müşayəti ilə Şəfiqə Axundovanın "Neyçin gəlməz" mahnısını oxuyubdur.

Bütün xəbərlər Facebook səhifəmizdə