17 sentyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfiri Karlos Dante Riva ilə görüş keçirib. SİA-nın verdiyi xəbərə görə, Ə.Qarayev Karlos Dante Rivanı ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik etmiş və ona yeni fəaliyyətində uğurlar arzulayıb.
Nazir son illər Argentina və Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafını diqqətə çatdırmış və siyasi, iqtisadi, ticarət və bir sıra müxtəlif istiqamətlərdə qurulmuş əlaqələrin mədəniyyət və turizm sahəsinə də nüfuz edəcəyinə ümid etdiyini bildirib. Həmçinin müxtəlif kontinentlərdə yerləşən ölkələrimizin qarşılıqlı maraq doğuracaq mədəni təmaslarının artırılması və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulayıb.
Səfir öz növbəsində səmimi qəbula görə təşəkkürünü ifadə etmiş və Azərbaycanın mədəniyyət və turizm sahəsində əldə etdiyi uğurlardan xəbərdar olduğunu bildirib.
Qeyd edək ki, Karlos Dante Riva ölkəmizdəki diplomatik fəaliyyəti dövründə mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB