Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq Mərkəzi yaradılacaq

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq Mərkəzi yaradılacaq

Azərbaycan Respublikasının Prezidentin İlham Əliyevin 2008-ci ildə elan etdiyi Mədəniyyətlərarası Dialoqa aid Bakı prosesi çərçivəsində Azərbaycanda ilk dəfə Avropa və İslam ölkələrinin 2008- 2009-cu illərdə konfransları, 2011-ci ildə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü ildə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilib. SİA-nın verdiyi xəbərə görə,
Prezident İlham Əliyevin himayəsi ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları dünyada yeganə bu formatda tədbirdir ki, onun rəsmi tərəfdaşları YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, İSESKO və Avropa Şurasıdır.
Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal əhəmiyyəti artdığı üçün ölkə rəhbərliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi yanında bu fəaliyyəti koordinasiya edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq Mərkəzi təsis ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 27 may 2011-ci il fərmanı ilə Forumun koordinasiyasını həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi Mərkəzin işini təşkil və nəzarət edəcəkdir.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə