12-15 sentyabr tarixində Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2013" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir. SİA-nın verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibinə Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov, Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Seymur Həsənov və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 2 nəfər üzvü daxildir.
Nəzərinizə çatdıraq ki, sərgidə 7 yerli turizm şirkəti "ENC tours", "İmprotex travel", "Al travel", "Turizm.az", "Spektr travel", "Geo travel" və "Volcano travel" şirkətləri təmsil olunur.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 45 kv.m sahədə xüsusi lövhə quraşdırılıb, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanmaq üçün ingilis və yapon dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd edək ki, 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, "JATA" Beynəlxalq Turizm Sərgisində iştirak edir, həmçinin, bu il sözügedən tədbirdə ölkəmiz ilə yanaşı, 150 ölkədən şirkətlər təmsil olunur.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB