“Gəzən Kitabxana“ Lənkəranda FOTO

“Gəzən Kitabxana“ Lənkəranda FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi səyyari "Gəzən kitabxana" Lənkəran şəhərinə gəlib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, kitabxana 1 həftə müddətində rayon sakinlərinə şəxsiyyət vasitəsilə kitabları təqdim edəcək. Kitabxananın əməkdaşı Emil Əkbərov əməkdaşımıza bildirib ki, səyyar kitabxanada 4 dildə- azərbaycan, rus, ingilis və türk dillərində 5000 çap və 10 000 ədəd elektron kitab mövcuddur. May ayının 13-dən stzrt götürən aksiya indiyədək Tovuz ,Qazax, Quba, Astara rayonlarında olub. Bu müddətdə xeyli kitab həvəskarı kitabxananın xidmətindən yararlanıb.

Emil Əkbərov onu da əlavə edib ki, aksiyada məqsəd gənclərin, o cümlədən vətəndaşların kitaba olan marağını artırmaq və bu sahədə maarifləndirmə işini gücləndirməkdir.

Qeyd edək ki, cari ilin sonunadək respublikanın bütün rayonlarında olmağı nəzərdə tutan"Gəzən Kitabxana" iyulun 17-dək Lənkəran oxucularına xidmət göstərəcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə