Nazir Qərb bölgəsində vətəndaşları qəbul edib

Nazir Qərb bölgəsində vətəndaşları qəbul edib

Mədəniyyət və Turizim Naziri Əbülfəz Qarayev qərb bölgəsində vətəndaşları qəbul edib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, görüşdə nazir bir sıra məsəllərə aydınlıq gətirib, vətəndaşların üzəlşdiyi müəyyən çətinliklər yerindəcə həll olunub.

Müraciətlər yazılı və şifahi formada ünvanlanıb. Əsasən mədəni-tarixi abidələrin restavrasiya məsəlləri əsas müzakirə mövzusu olub. O cümlədən musiqi məktəblərindəki vəziyyət və bu tip tədris ocaqlarının təmiri ünvanlanan suallar araında çoxluq təşkil edib. Müraciətlər arasında fəxri adların verilməsi də gündəmdə olub.

Əbülfəz Qarayev bilrdirib ki, fəxri adların verilməsi istiqamətində işlər aparılır ancaq 70 minə qədər işçsisi olan nazirlikdə hər kəsin fəxri ad ala bilməsi mümkün deyil. Qəbuldan sonra Əbülfəz Qarayev KİV nümayəndəlirinin suallarını da cavablandırıb. Əbülfəz Qarayev bildirib ki, bu gün əsas diqqət tarixi abidələrin restavrasiya olunmasıdır ki, bu istiqamətdə də dövlət tərəfindən lazımı dəstək göstərilir.

Qeyd edək ki 1 saatdan artıq davam edən görüşdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev 20-dən artıq vətəndaşla fərdi söhbətlər edib. Analoji görüşlərin ölkənin digəri regionlarında da keçirilməsi nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə