Bu gün Muzey Mərkəzində bir qrup mədəniyyət və turizm sahəsinin işçiləri Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" və "Fəxri turizm işçisi" döş nişanı ilə təltif olunub. SİA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışı zamanı bildirib ki, bu nişan nazirliyin tarixində bir ilkdir.
Onun sözlərinə görə, turizm işçilərinə bu döş nişanı ilk dəfədir verilir: "Mədəniyyət sahəsində isə bu mükafatlar var idi. Lakin nazirliyin, kitabxanaçların, eləcə də təşkilatçılara bu nişanların verilməsi labüddür. Bu mükafatlar sərf yaradıcı insanlara yox, eləcə də bu işləri təşkil edənlərə də verilməlidir".
Döş nişanlarını sahiblərinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib. Adıçəkilən nişanlara 20 nəfər layiq görülüb. Onların arasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin kadrlar şöbəsinin müdir müavini Yusif Səfərov, Ş. Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Sevda Məmmədova və başqaları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB