“Şorgöz deputat” bu gün gəlir

Bu gün Akademik Milli Dram Teatrında Rey Kuninin "Kişi, qadın, pəncərə, meyit" əsəri əsasında hazırlanmış "Şorgöz deputat" tamaşasının premyerası keçiriləcək. SİA-nın məlumatına görə, Rey Kuninin pyesini dilimizə Nicat Kazımov çevirib. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədır.

Tamaşada Əməkdar Artistlər Mehriban Xanlarova (Ceyn Uorzinq), Kazım Abdullayev (Müdir), Şəlalə Şahvələdqızı (Pamela), aktyorlar Nicat Kazımov (Riçard Uilli), Aslan Şirinov (Corc Piqden), Rəşad Bəxtiyarov (Ofisiant), Dilarə Nəzərova (Mariya), Mətləb Abdullayev (Ronni), Şəhla Əliqızı (Qledis), Vüsal Mustafayev (Detektiv) ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə