Türkiyənin məşhur aktyoru Bakıda

Uzun illərdir ABŞ-da yaşayan və Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmak mayın 25-dən iyunun 15-nə kimi "Acıtan Yürek" filminin seçim turları ilə bağlı Bakıya gələcək. SİA-nın məlumatına görə, rejissor açıqlamasında bildirib ki, filmdə ictimaiyyətə tanınmayan simalar və ilk dəfə kamera qarşısına keçən şəxslər çəkiləcək. O, azərbaycanlı rejissorlardan Vahid Mustafayevi tandığını deyib.

Onu da qeyd edək ki, Türkiyənin ən çox izlənilən "Kaybolan yıllar" serialının baş qəhrəmanı olan məşhur aktyor Saruhan Hunel də (Əsmər) Bakıya gələcək. O, filmin seçim turlarına münsif kimi qatılacaq.

Filmin çəkilişləri Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdiriləcək.

Filmin seçim turları Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvanda keçiriləcək. Seçim turlarına qatılmaq istəyən 18-30 yaş arası şəxslər (qadın və kişi) şəxsiyyət vəsiqəsinin surəti və 2 ədəd 3x4 ölçülü şəkillə qatıla bilərlər. Qeydiyyatın qiyməti 4 AZN dəyərindədir.

Əlaqə telefonları: 055 369 67 49 ; 055 522 24 99

Bütün xəbərlər Facebook səhifəmizdə