Azərbaycan Memarlıq və İnşaat Universitetində Ulu Öndər Heydər Əliyev anıldı

Azərbaycan Memarlıq və İnşaat Universitetində Ulu Öndər Heydər Əliyev anıldı

Bu gün Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və dossenti Şahin İsmayılov, tələbələr, media nümayəndələri və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və dossenti Şahin İsmayılov Umummilli lider Heydər Əliyevin Azərbaycan üçün dəyərli şəxsiyyət olduğunu diqqətə çatdırıb: "Heydər Əliyev Azərbaycan xalqı üçün çox gərəkli şəxsiyyət olub. O, uzaqgörən siyasətçi idi. Azərbaycanın müstəqilliyi yolunda çox fədakarlıq edib. Onu da qeyd edim ki, Ulu öndər siz gənclər üçün əlindən gələni edərək təhsil almağınıza böyük imkanlar yaradıb".

Daha sonra söz alan Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tələbələrlə görüşdüyü üçün məmnunluq hissi keçirtdiyini söyləyib: "Bu gün Umummilli lider Heydər Əliyev haqqında sizlərə məlumat vermək mənim üçün böyük şərəfdir. Heydər Əliyev hər zaman söyləyib ki, siz gənclər bizim gələcəyimizsiniz. Hazırda sizin azad yaşadığınız ölkənin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevdir. Odur ki, əziz gənclər, Azərbaycanın inkişafı sizin əlinizdədir və siz tələbələr gələcəyin memarlarısınız".

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən təhsildə ictimai-siyasi işlərdə fərqləndiklərinə görə fəxri fərmanlarla təltif olunublar. Sonra Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, mərasimdə Ulu öndər Heydər Əliyevlə bağlı videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə