Bu gün M.F.Axundzadə adına Milli Kitabxanada Hüseynbala Mirələmovun "Görkəmli adamların həyatı" bioqrafik silsiləsindən nəşr edilən görkəmli alim-oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə Əliyevaya həsr edilən, Azərbaycan və ingilis dillərində çap olunan "Zərifə Əliyeva" kitablarının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Zərifə Əliyevanın tibb sahəsinə verdiyi töhfələrdən söz açıb.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışı zamanı Zərifə xanım Əliyevanın tibb sahəsindəki fəaliyyətindən danışıb, müəllifə öz təşəkkürünü bildirib və silsilə kitabların davamını arzulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev, "The language house" şirkətinin baş direktoru Kifayət Əhmədqızı kitab haqqında öz təəsüratlarını bildiriblər.
Sonda çıxış edən müəllif Zərifə xanım Əliyevaya həsr olunan nəşrin silsilə kitablar arasında olan xüsusi yerindən bəhs edərək, görkəmli alimin tibb sahəsində fəaliyyətindən ətraflı söz açıb. Müəllif kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib və bu silsilə kitab nəşrinin davam edəcəyini vurğulayıb.
Tədbirin sonunda Milli Kitabxana tərəfindən təşkil olunan "Zərifə Əliyeva - 90" adlı kitab sərgisinə baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB