Yeni il "Məhkumlar"a hansı surprizlər edəcək?

Yeni il "Məhkumlar"a hansı surprizlər edəcək?

ATV-nin sifarişi ilə "Oscar" productionun çəkdiyi, 12 bölümü artıq efirdə yaımlanan "Məhkumlar" serialının kollektivi yeni ilə hazırlaşır. SİA-nın məlumatına görə, bir neçə gün öncə ATV telekanalaının əməkdaşları çəkiliş qrupu ilə bir yerdə Oscar productionda olublar.

Serialın quruluşçu rejissoru Yaşar Əhmədov, baş qəhrəmanlarından olan Firəngiz Babayeva (Zərintac ), Sərvər Şahbəyli (Bəhram), Ruhiyyə Yusifova(Solmaz ) və İlkin İbayev (Adil) müsahibə veriblər. Onlar qarşıdan gələn "Yeni il" münasibəti ilə xalqımızı təbrik edib və çəkiliş meydançasında baş verən ən yadda qalan hadisələrdən danışıblar. Serialın çox sevilən musiqi ifaçıları Şamo İbayev və Miriş Hüseynov da öz fikirlərini bildiriblər.

Qeyd edək ki, bu gün 19:30-da dəyişilməz məkan olan ATV telekanalında "Məhkumlar" serialı barədə çəkilən həmin möhtəşəm və çox maraqlı film efirə gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə