Hollivuda yol tapan ilk aktyor vəfat edib

Hollivuda yol tapan ilk aktyor vəfat edib

Bir vaxtlar Hollivud filmlərində çəkilən türk əsilli Avstriyalı film ulduzu Turhan Bey 90 yaşında həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Turhan Beyin yaxın dostu Maria Ruiter aktyorun 30 sentyabrda öldüyünü və cəsədinin bu gün yandırıldığını açıqlayıb.

Qeyd edək ki, əsl adı Turhan Gilbert Səlahəddin Sahultavy olan aktyor 1940-cı illərdə Errol Flynn və Katherine Hepburn kimi aktyor və aktrisalarla bir sırada olub.

Aktyor Maria Montez ilə birlikdə ''Raiders of the Desert'', ''Arabian Nights'', ''Bombay Clipper'', ''White Savage'' adlı filmlərdə ''ekzotik" rolları ilə seçilib.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə