Bu gün Xəlil Rza Ulutürkün 80 illik yubileyinə həsr olunmuş "Milli müstəqilliyimizin mübariz şairi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə mədəniyyət xadimləri, şair və yazıçılar, Xəlil Rza Ulutürkün dostları, qohumları o cümlədən həyat yoldaşı Firəngiz Ulutürk iştirak edib.
Çıxış edənlər Xəlil Rza Ulutürkün yaradıcılığından, necə əzmkar və üsyankar bir şair olmağından danışıblar.
Xəlil Rza ilə xatirələrindən söhbət açan millət vəkili Nizami Cəfərov bildirib ki, o azadlıq aşiqi idi: "Xəlil Rza intellektini, varlığını, övladını xalqına qurban verən yeganə şairdir. Onun tək düşməni, xalqının azadlığını əlindən alan rejim idi".
Qeyd edək ki, tədbir Azərbaycan Prezidentinin Sərəncamına uyğun həyata keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünsalıq üzrə Elmi-metodiki Mərkəzinin təşkilatlığı ilə baş tutub.
Xanım Nağıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB