“Eurovision”un saytında İsveçin qələbəsinə uyğun dəyişiklik edildi FOTO
Eurovision mahnı müsabiqəsinin rəsmi internet saytı "eurovision.tv" ənənəsinə sadiq qalaraq İsveçin qələbəsinə uyğun dəyişdirilib. SİA-nın məlumatına görə, saytın girişindən müsabiqənin adı İsveç bayrağının əks olunduğu "Eurovision" sözü ilə əvəzlənib. Sayt hər il qalib ölkəyə uyğun olaraq dəyişdirilir. Arxa fonda isə "Euphoria" mahnısı ilə qələbə qazanan Loren əks olunub.
Saytın əsas səhifəsinin yuxarı hissəsində artıq "Eurovision Song Contest-Malmö 2012" yazılıb. Saytın bu görüntüsü növbəti il İsveçdə keçiriləcək "Eurovision" yarışmasında yeni qalib ölkənin seçilməsinə kimi davam edəcək. İl ərzində saytda əsas materiallar da İsveçdə müsabiqənin hazırlıq işləri ilə bağlı olacaq. Hər bir xəbərdə isə "Eurovision Malmö - 2013" yazılacaq.
Xatırladaq ki, bu ilin mayında Azərbaycanın paytaxtı Bakıda keçirilən 57-ci "Eurovision" yarışmasında İsveç təmsilçisi Loren "Euphoria" mahnısı ilə birincilik qazanaraq ölkəsinə qalibiyyət gətirib. Bu səbəbdən "Eurovision – 2013" mahnı müsabiqəsinə ev sahibliyini də məhz həmin ölkə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB