Uşaqlara şad xəbər

Abdulla Şaiq adına Dövlət Kukla Teatrı yeni mövsümünü sentyabrın 18-də açacaq. SİA-nın məlumatına görə, teatrın yaradıcı kollektivi balacaları nəzərə alaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə azyaşlı izləyicilərini salamlayacaq.

Qeyd edək ki, sentyabrda uşaqlar teatrın səhnəsində "Göyçək Fatma", "Qoçaq Əhməd", "Ələddin", "Sindibadın xoşbəxtlik adasına səyahəti", "Dünya gözəli", "Ağ və qara", "Şəngülüm, Şüngülüm, Məngülüm" və "Zınqırovlu pişik" və digər tamaşalara baxa biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə