Azərbaycanın xalq artisti Arif Quliyev təxminən 10 gün Xəzər Dəniz Gəmiçiliyi Xəstəxanasında müalicə olunacaq. Aktyorun səhhətinə nəzarət edən tibb bacısı Gülər Rəsulovanın SİA-ya verdiyi açıqlamasında bildirib ki, xəstəyə hipertonik ensefalopatiya diaqnozu qoyulub: "Arif Quliyev bir neçə gün burada müalicə kursu keçəcək və həkim nəzarətində olacaq. Hazırda xəstənin təzyiqi stabil olaraq saxlanılır. Aktyor bir dəfə də eyni diaqnozla və daha kəskin formada Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunub".
Qeyd edək ki, sentyabrın 2-də gecə saatlarında Ağcabədi rayonuna yas mərasiminə gedərkən yolda aktyorun vəziyyəti pisləşib. Xalq artisti Zərdab Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Ona burada hipertonik – krizis diaqnozu qoyulub, ilkin tibbi yardım göstəriləndən sonra Bakıya yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB