“Sərgüzəşti-vəziri–xani-Lənkəran” tamaşası nümayiş olunub

“Sərgüzəşti-vəziri–xani-Lənkəran” tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" festivalı çərçivəsində "Sərgüzəşti-vəziri–xani-Lənkəran" tamaşası nümayiş etdirilib. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı xalq artisti Cənnət Səlimovadır. Musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.

Xarakterlər komediyası olan tamaşada rolları əməkdar artistlər Nofəl Vəliyev, Şövqi Hüseynov, Seyidşah Məmmədov, Gülər Nəbiyeva, Lətifə Əliyeva, aktyorlar Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Şəbnəm Hüseynova, Kərəm Hadızadə, Vüsal Mehrəliyev canlandırıblar.

Qeyd edək ki, Azərbaycan dramaturgiyasının banisi M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulub. Bu əsərə müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə