Musiqili Komediya Teatrının uşaqlara bayram hədiyyəsi

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ənənəsinə sadiq qalaraq, bu dəfə də 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günündə körpələrə sevinc payı bəxş edib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin gün yaradıcı kollektiv onlar üçün təntənəli bayram şənliyi təşkil edib və "Açıq qapı" günü keçirib.


"Açıq qapı" gününün iştirakçıları teatrın nəzdində fəaliyyət göstərən uşaq studiyasının yaradıcılıq yolunu əks etdirən sərgi ilə tanış olub, daha sonra isə balacaların ifasında studiyanın yeni səhnə əsərinə – Oqtay Zülfüqarov və Ramiz Heydərin "Şəngülüm, Şüngülüm, Məngülüm" tamaşasına baxıblar.


Elməddin Dadaşov və Mehman Cəfərovun quruluşunda göstərilən tamaşada rolları Öktəm Nurhəyat, Kənan Eyvazov, Fidan Axundova, Adilə Cəfərova, Xəyalə Fərəcova, Seyran Dadaşova, Cavid Babayev, İslam Əbdülrəhimov, Nəzrin Hacıyeva və digər aktyorlar oynayıblar.


Təntənəli bayram şənliyində müxtəlif uşaq evlərində tərbiyə alan valideyn himayəsindən məhrum olan uşaqlar da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...