Sietse Bakker: “Azərbaycan hüquq-mühafizə orqanlarının qarşısı alınmış terror aktlarını gizlətmək haqqı var”

"Eurovision" mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri (event supervisor) Sietse Bakker paytaxtımızda baş utan müsabiqənin tam təhlükəsiz keçdiyini dilə gətirib. SİA eurovision.de saytına istinadən xəbər verir ki, Sietse Bakker adıçəkilən sayta müsahibəsində Azərbaycan hüquq-mühafizə orqanlarının "Baku Crystal Hall" ərazisində və digər yerlərdə artıq qarşısı alınmış terror aktlarını ictimaiyyətindən gizlətmək haqqına sahib olduğunu dilə gətirib.


S. Bakker bildirib ki, Azərbaycanın belə məlumatları final şousunun sonuna qədər gizli saxlamağa tam hüququ var: "Avropa Yayımları Birliyinə bu həbslər barədə məlumat verilməyib. Belə böyük tədbirlər həmişə təhlükə yaradır, lakin biz Bakıda uğurlu və tam təhlükəsiz "Eurovision" şousunun şahid olduq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...