30 “Eurovision”u canlı izləyən 102 yaşlı Ella Kastner Bakıdan danışdı - VİDEO

30 “Eurovision”u canlı izləyən 102 yaşlı Ella Kastner Bakıdan danışdı - VİDEO

"Bakını çox bəyəndim. İştirak etdiyim hər "Eurovision" yarışmasını sevirəm, çünki mən bu müsabiqəyə illərdir pərəstiş edirəm". Bunu eurovision.az saytına açıqlamasında Bakıya gələn Eurovision Mahnı Müsabiqəsinin ən yaşlı fanatı Ella Kastner deyib.


30 Eurovision yarışmasında iştirak edən Ella Kastner 102 yaşında olmasına baxmayaraq, hələ də müsabiqəyə olan həvəsini içindən ata bilmir. "Odlar Yurdu"nda keçirilən Eurovision Mahnı Müsabiqəsindən də danışan Ella hər tədbirə Azərbaycanın üçrəngli bayrağı ilə qatılır.

Bütün xəbərlər Facebook səhifəmizdə