Finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olub - FOTOSESSİYA

Finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olub - FOTOSESSİYA
\"Eurovision- 2012\" mahnı müsabiqəsinin II yarımfinalında finala vəsiqə qazanan 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mətbuat konfransında həmçinin püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olub.


Mətbuat konfransında çıxış edən ölkələr finala vəsiqə qazandıqları üçün sevinclərini dilə gətiriblər.


Litva təmsilçisi Donny Montell: \"Özümü çox xoşbəxtəm. Litva kiçik bir ölkədir və buna görə də oranı daha da yaxşı tanıtdırmaq üçün əlimdən gələni edəcəyəm\".


Bosniya və Herseqoviniya təmsilçisi: \"Burada olduğuma və finala keçdiyimə görə çox sevincliyəm. İnanıram ki, finalda da qələbə çalacağam\".


Serbiya təmsilçisi: \"Həm bəstəkar, həm də müğənni kimi burada oturmaq başqa hissdir. Bunu sözlərlə anlatmaq asan deyil\".


Ukrayna təmsilçisi: \"Finalda daha da uğurlu çıxış edəcəyəm\".


İsveç təmsilçisi: \"Çox xoşbəxtəm. Buna görə də hər kəsə təşəkkür edirəm. Mən bura oxumağa və səhnədə gözəl performans göstərməyə gəlmişəm\".


Makedoniya təmsilçisi: \"Finala çıxdığıma görə sevincliyəm. Biz buna layiq idik, çünki bütün kollektiv çox hazırlaşmışdı. Zəhmətimizi qiymətləndirdiyinizə görə hər kəsə təşəkkürümü bildirirəm\".


Qeyd edək ki, mətbuat konfransında həmçinin püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olub. Beləliklə, Litva- 4, Bosniya və Herseqoviniya- 5, Serbiya- 24, Ukrayna- 25, İsveç- 17, Makedoniya- 22, Norveç- 12, Estoniya- 11, Malta- 21, Türkiyə isə 18-ci nömrə altında finalda çıxış edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə