Əməkdar artist Manana daha bir layihəyə imza atdı. SİA-nın məlumatına görə, "Eurovision\" müsabiqəsi ərəfəsində Bakı sakinlərinə öz mahnı sovqatını təqdim edən Manana Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə əlil və kimsəsiz uşaqlar fonduna yardım məqsədi ilə xeyriyyə konserti keçirdi.
Manana açıq havada 10.000 tamaşaçı qarşısında canlı ifasıyla hər kəsi heyran etdi. Özünün ingilisdilli albomundan, dünya hitləri və repertuarından sevilən mahnıları səsləndirən Manana səhnəni bir anın içində ələ almağa müvəffəq oldu.
Əsl \"Meqa ulduz\" təəssüratı konsertin ilk dəqiqələrindən bəlli oldu. Mükəmməl işıq effektləri və texnikanın müxtəlifliyi bu xeyriyyə konsertini daha da rəngarəng etdi.
Konsertin birinci hissəsi bitdikdən sonra \"Natiq ritm\" qrupunun çıxışı böyük alqışlarla qarşılandı. Manananın çıxışı \"Nero\" rəqs qrupunun müşaiyəti ilə keçdi. Konsertin sonunda Manana sonuncu ‘’Bəxt üzüyüm’’adlı albomunu tamaşaçılara hədiyyə etdi. Albomu əldə etmək istəyən 10.000 tamaşaçı səhnəyə daha da yaxınlaşdılar. Konsertin əvvəlində lirik mahnılarla başlayan müğənni bir müddətdən sonra daha ritmik musiqilərini səsləndirdi.
Gecədə həmçinin Əlixan Səmədovun, Kamalın, Eldar Mansurovun da mahnıları ifa edildi.
Qeyd edək ki, xeyriyyə konsertinin rejissoru Rəna Qulamova, aparıcısı isə 106 fm radiosunun dj-i Yusif Ağayev idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB