İkinci məşqim daha uğurlu keçib. SİA-nın məlumatına görə, bunu Slovakiyanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Max Jason Mai bu gün "Baku Crystal Hall"da ikinci məşqindən sonra keçirdiyi mətbuat konfransında deyib.
Dəyişiklikləri çox sevdiyini deyən Slovakiya təmsilçisi ikinci məşqində saç quurluşunun başqa bir formada olduğunu vurğulayıb. "Eurovision-2012" mahnı müsabiqəsindəki ifasına rok həvəskarlarının daha çox dəstək olacağını qeyd edən müğənni jurnalistlərin qarşısına əlil insanlara xeyriyyə askiyasının rəmzi olan kukla ilə çıxıb.
Mahnısını doğma dilində oxumamasına münasibət bildirən Max Jason Mai bu ifasını ingils dilində səsləndirməyi daha məqsədəuyğun hesab edib.
Slovakiya təmsilçisi "Eurovision-2012" mahnı müsabiqəsində ən çox sevdiyi ifanın isə Monteneqro təmsilçis Rambo Amadeusun "Euro Neuro" mahnısı olduğunu demişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB