Mayın 17-də Üzeyir Hacıbəylinin ev- muzeyində "Əsli və Kərəm" operasının ilk tamaşasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
Muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov tədbiri açaraq bildirib ki, 1912-ci ildə ilk tamaşası olan "Əsli və kərəm" operası həmin vaxtdan dəfələrlə səhnə həyatı yaşayıb. O, bu əsərin Azərbaycan klassik və peşəkar musiqisinin banisi, böyük Üzeyir Hacıbəylinin yaradıcılığında tutduğu mövqedən danışıb, eyni zamanda, Üzeyir bəyin çoxşaxəli yaradıcılığından bəzi məqamları iştirakçıların diqqətinə çatdırıb.
Professor Şirməmməd Hüseynov "Əsli və Kərəm" operasının yazıldığı mühitdən, Azərbaycan musiqisinin yaradılmasında və inkişafında Üzeyir Hacıbəylinin yorulmaz fəaliyyətindən ətraflı söz açıb, "Məhəmməd Əmin Rəsulzadə, əsərləri: 1909-1914" və "Məhəmməd Əmin Rəsulzadə, əsərləri: 1915-1916" kitablarını muzeyə hədiyyə edib.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, filologiya elmləri doktoru Tərlan Quliyev Üzeyir Hacıbəylinin "Xalq musiqisinin əsasları" kitabının əhəmiyyətini vurğulayıb, "Əsli və Kərəm" dastanının yaranma tarixindən ətraflı danışıb.
Muzeyin böyük elmi işçisi Sevinc Quliyeva, fəlsəfə elmləri namizədi Əminə Abbasova Tuncay, Səadət Təhmirazqızı və başqaları tamaşa barədə fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB