\"Eurovision- 2012\"nin Azərbaycandakı rəsmi Fan Klubu Bakı sakinlərini təəccübləndirib- FOTOSESSİYA

\"Eurovision- 2012\"nin Azərbaycandakı rəsmi Fan Klubu Bakı sakinlərini təəccübləndirib- FOTOSESSİYA
\"Eurovision- 2012\"nin Azərbaycandakı rəsmi Fan Klubu və Mərdəkanda yerləşən 2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestrı Bakı sakinlərini təəccübləndirib. SİA-nın məlumatına görə, mayın 9-u Fan Klub Nar Mobile-ın dəstəyi ilə, Bakının mərkəzi - Nizami küçəsində, nəfəs alətləri uşaq orkestrı ilə birgə kiçik konsert təşkil ediblər.


Açıq havada, bütün insanların dinləyə biləcəyi qısa konsert zamanı uşaqlar Rauf Hacıyevin \"Azərbaycanım\", Tofiq Quliyevin \"Dostluq\" əsərlərini, həmçinin bir sıra dünyaca məşhur musiqi əsərlərini ifa ediblər. İfalarını \"Eurovision\" mahnı müsabiqəsinin himni ilə başlayan uşaqlar daha sonra Macar Polkası, Çəhrayı Pantera, Besamo Mucho, Qələbə günü, Katyuşa və digər əsərləri ifa ediblər.


Konsertin dirijoru, Mərdəkanda yerləşən 2 saylı İnternat Məktəbinin musiqi rəhbəri, əməkdar müəllim Rafael Əzimov olub.


Qeyd edək ki, konsertdə ifa edən uşaqlar Mərdəkanda yerləşən 2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestrinin üzvləridirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə