Naxçıvan Dövlət Universitetində aprelin 18-dən etibarən "XI Mirzə Cəlil günləri"nə start verilib. SİA-nın verdiyi xəbərə görə, hər il olduğu kimi builki "Mirzə Cəlil günləri"ndə də görkəmli yazıçı, publisist və mütəfəkkirin Naxçıvan şəhərindəki ev muzeyinə ekskursiyalar təşkil edilib, abidəsi ziyarət olunub, önünə əklil qoyulub.
Silsilə tədbirlərin davamı olaraq İncəsənət fakültəsində karikatura sərgisi açılıb. Tədbir böyük ədibin adını daşıyan Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat muzeyi ilə birgə təşkil edilib.
Sərgidə əsasən I kurs tələbələrinin rəsmləri nümayiş olunur. Naxçıvan Dövlət Universitetində Mirzə Cəlil günləri aprelin 21-nə kimi davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB