\"Buranovskiye babuşki\"nin sədası Argentina və Amerikaya da çatdı
Bu yaxınlarda Rusiyanın Eurovision təmsilçisi \"Buranovskie babuşki\"nin bir neçə gözlənilməz qonağı olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqəsinin müxtəlif ölkələrdəki fanatları nənələrə baş çəkib.
Belə ki, Fransa, İsrail, İsveçrə, İslandiya, Türkiyə, Rusiya, Albaniya, Argentina və ABŞ-dan olan müsabiqə fanatları nənələrin kəndinə gəlib. Onların bu gəlişinin məqsədi isə Rusiya təmsilçiləri üçün parodiya klipi çəkmək olub. Nənələrə hörmət əlaməti kimi çəkilən klipdə fanatlar Rusiya təmsilçilərinə müsabiqədə uğurlar arzulayır.
Qeyd edək ki, parodiya qrupu ötən illərdə də Eurovision Mahnı Müsabiqəsinin bir neçə təmsilçisini parodiya edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB