Şirvanşahlar Qoruq Muzeyi qapılarını açdı - REPORTAJ

Şirvanşahlar Qoruq Muzeyi qapılarını açdı - REPORTAJ

Azərbaycan ərazisində tarixin müxtəlif dövrlərinə aid çoxsaylı maddi-mədəniyyət abidələri mövcuddur. Milli irsimiz olan bu abidələri isə dünyaya yetərincə təqdim etmək çox vacibdir. Buna görə də tarixi abidələrə qədim tikili kimi yox, milli sərvətimiz kimi yanaşmalı və qorumalıyıq. Tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. SİA-nın verdiyi məlumata görə, son dövrlərdə Azərbaycanda 1000-ə yaxın yeni tarixi abidə aşkarlanıb. Hazırda Arxeologiya İnstitutu tərəfindən həmin abidələr araşdırılır və tarixi abidə kimi qeydiyyata alınması işləri aparılır. Lakin işğal olunmuş ərazilərimizdə qalan tarixi və mədəni abidələr ermənilər tərəfindən vəhşicəsinə dağıdılır. Hərbi təcavüz nəticəsində ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən məhv edilir. Ümumilikdə işğal olunmuş ərazilərdə Ermənistan Silahlı Qüvvələri 464 tarixi abidəni, təqribən 40 min tarixi əl işi və 4milyon 600 min. kitabı məhv edib və dağıdıblar.

\"\"

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü elan edildiyindən bütün ölkə üzrə memarlıq abidələrinə və muzeylərə giriş ödənişsiz həyata keçirilirdi.Bu səbəbdən də Şirvanşahlar Saray Kompleksi gənc nəslin nümayəndələrinə abidələri necə qorumağı tövsiyyə etmək üçün "Açıq qapı" günü elan edib.Şirvanşahlar Dövlət Tarix Memarlıq Qoruq Muzeyinin direktoru Rəna Rzayeva deyir ki, milli sərvətimiz olan abidələrin qorunmasını gənc nəsilə təbliğ etməklə, onlarda vətənpərvərlik hissininin yüksəldilməsi vacib məsələdi:"Bu gün bura 600 nəfər ziyarətçi gəlib. Adi günlərdə 60-80 ziyarətçi gəlirdisə indi bu say daha çox artıb.Hər il keçirilən bu bayram tədbirinə insanların marağı get-gedə artır".

\"\"

Müzey kompleksində Azərbaycanın müxtəlif yerlərində olan mədəni tarixi abidələr haqda rəssamların çəkdikləri rəsmlər eləcədə Dövlət Tarix Memarlıq Qoruq Muzeyinin fondunda saxlanılan Elturan Avalov və Qəzənfər Əlizadəyə məxsus abidələrə həsr olunan sərgi hamının marağına səbəb oldu.

\"\"

\"\"

Gəzintiyə gələnlər arasında gənclər və azyaşlı məktəblilər daha üstünlük təşkil edirdi. Hər istirahət günlərində yollarını burdan salan gənclər bu tip aksiyaların keçirilməsinin tarixi keçmişimizə bir qədər də yaxınlaşmalarına şərait yaratdıqlarını düşünürlər.

\"\"

\"\"

\"\"

İçəri şəhəri gəzintiyə çıxdığımız qısa zaman kəsiyində diqqətimizi çəkən digər maraqlı məqam burda qonaqlara xidmət etmək üçün təşkil edilən avtomobillərdir. Yerli turistlərlə yanaşı Xarici qonaqlara xidmət edən rauf deyir ki, son günlər Eurovision mahnı müsabiqəsi ilə əlaqədar olaraq Rusiya və Türkiyədən gələn qonaqların sayı xeyli artıb.


\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə