Türkiyənin məşhur ssenaristi, "Muhteşem yüzyıl" serialının ssenari müəllifi Meral Okay vəfat edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 53 yaşlı ssenarist səhər saatlarında yaşadığı evdə ölüb. O, ağciyər xərçəngindən əziyyət çəkirmiş.
Ötən yay NTV telekanalına açıqlama verən Meral Okay xərçəngə tutulduğunu təsdiqləmiş və müalicə aldığını bildirmişdi. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl onun həyat yoldaşı da 41 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Meral Okay "Bir bulut olsam", "Asmalı konak" kimi serialların ssenari müəllifi oub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB