Amerikanın məşhur aktyoru Brüs Uils 4-cü dəfə ata olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aktyor 57 yaşında yenə də qız atası olub.
Aktyorun 4-cü qızı Los-Ancelesdəki xəstəxanada dünyaya gəlib. Mabel Ray adı verilən qız aktyorun 33 yaşlı model sevgilisi olan Emma Heminq Uilsdəndir.
Məlumat üçün bildirək ki, cütlük 2009-cu ildə ailə həyatı qurub.
Qeyd edək ki, aktyorun birinci həyat yoldaşı olan Demi Murdan isə 23, 20 və 18 yaşında daha üç qızı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB