San Marino qadağan olunan mahnısının yeni versiyasını təqdim edib

San Marino qadağan olunan mahnısının yeni versiyasını təqdim edib
San Marino Eurovision 2012 mahnısının yeni versiyasını təqdim edib. SİA-nın məlumatına görə, bu mahnı artıq \"The Social Network Song\" (\"OH OH–Uh–OH OH\") adlanır.

Qeyd edək ki, San Marinonun 57-ci Eurovision Mahnı Müsabiqəsi üçün təqdim etdiyi \"Facebook, Uh, Oh, Oh\" mahnısı müsabiqə qaydalarına zidd olduğu üçün Avropa Yayımları Birliyi (EBU) tərəfindən qadağan edilib. Yayımçı televiziya SMTV qarşısında yaFacebook sosial şəbəkəsi ilə bağlı olmayan yeni mahnı sözlərinin hazırlanması, ya da digər bir mahnının təqdim edilməsi tələbi qoyulmuşdu.

May ayında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində San Marinonu Valentina Monetta təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə