Sabah "Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" İctimai Birliyinin, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin, eləcə də Nəriman Nərimanov adına Mədəniyyət Evinin təşkilatçılığı ilə 10 mart - Milli Teatr gününə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanını aparıcı teatrlarından, həmçinin Sumqayıt Dövlət Musiqili Dram Teatrından mədəniyyət xadimləri iştirak edəcək.
Şəhərin əlaqədar qurumlarının da qatılacağı tədbirdə Azərbaycanda peşəkar teatrın yaranmasının 139 illik, Sumqayıt Dövlət Musiqili Dram Teatrının isə 44 illik tarixinə nəzər salınacaq, tamaşalardan fraqmentlər nümayiş olunacaq, görkəmli teatr xadimlərinin ömür yolundan bəhs edən video materiallar təqdim ediləcək. Eyni zamanda, Azərbaycan teatr səhnəsinin gözəl teatr tamaşaları ilə teatr tariximizi zənginləşdirdiyindən söhbət açılacaq. Bayram tədbirində tanınmış müğənnilərin ifasında teatr, aktyorluq sənəti ilə bağlı olan mahnılar səslənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB