Əbülfəs Qarayev bəstəkar və musiqişünasları narahat edən məsələləri dinləyib
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) konfrans zalında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş keçirilib. İttifaqdan SİA-ya verilən məlumata görə, görüşdə respublikamızın tanınmış bəstəkarları və musiqişünasları onları narahat edən məsələlərlə bağlı suallarla nazirə müraciət ediblər.
Görüşdə bəstəkarların mənzillə təmin edilməsindəki çətinliklər, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınan əsərlərə görə bəstəkarlara ödənilən qonorarın məbləğinin qaneedici olmaması, Üzeyir Hacıbəyli adına Konsert Salonunda keçiriləcək konsertlərdə iştirak edən musiqiçilərin həvəsləndirilməsi, Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən "Contempo" ansamblının və "Oazis" simli kvartetinin fəaliyyətinin stimullaşdırılması, həmçinin "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının gələcəkdə maliyyələşdirilməsi və digər məsələlər qarşılıqlı diskussiya şəklində müzakirə olunub.
Ə. Qarayev görüşdə çıxış edərək, Bəstəkarlar İttifaqının fəaliyyətində yeni-yeni uğurlar arzulayıb və iclas iştirakçılarını təşkilatın gələcək fəaliyyətində rəhbərlik etdiyi nazirlik tərəfindən hər cür dəstəyin olacağına əmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB