Eurovision 2012-də iştirak edəcək 43 ölkədən 25-i təmsilçisini müəyyənləşdirib
\"Eurovision- 2012\" mahnı müsabiqəsində iştirak edəcək 43 ölkədən 25-i artıq təmsilçisini seçib. Bu ölkələrdən 19-u təmsilçisi ilə yanaşı, müsabiqədəki mahnısını da müəyyənləşdirib. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, təmsilçisini və Bakı səhnəsində ifa olunacaq mahnısını seçən ölkələr sırasında Albaniya, Kipr, Danimarka, Macarıstan, İslandiya, İsrail, Latviya, Monteneqro, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Gürcüstan, Malta, Norveç, Türkiyə, Ukrayna, Almaniya və Fransa var. Yalnız təmsilçilərini müəyyənləşdirən ölkələr isə Azərbaycan, Belarus, Serbiya, İtaliya, İspaniya və Belçikadır.
Bir neçə ölkə fevralın sonlarında və mart ayında öz təmsilçini, eləcə də Eurovision 2012 mahnısını seçəcəklərini açıqlayıb.
Avstriya və İrlandiya fevralın 24-də, Finlandiya 25-də Niderland, Sloveniya fevralın 26-da, Bolqarıstan, Makedoniya isə fevralın 29-da təmsilçilərini müəyyən edəcək.
Martın 1-də Slovakiya, 3-də Estoniya, İspaniya, Litva, martın 7-də Rusiya, 10-da İsveç, Portuqaliya, Moldova, Rumıniya Eurovision 2012 təmsilçi və mahnısının seçimi üçün Milli Final konserti keçirəcəklərini açıqlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB