Tədbir Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT), BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycandakı nümayəndəliyi ilə birlikdə AGAT nəzdində yaradılan Milli İcmaların Koordinasiya Şurasının iştirakı ilə baş tutub.
Tədbirdə çıxış edən BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin rəhbəri Envera Selimoviç Beynəlxalq Ana Dili Günü barədə iştirakçılara məlumat verib. O, hər bir insan üçün öz ana dilinin önəmli olduğunu vurğulayıb.
AGAT-ın rəhbəri Gülsel Səfərova çıxışında Azərbaycanın tolerant bir ölkə olduğunu, burada hər kəsin dilinə və dininə hörmətlə yanaşıldığını söyləyib.
Sonra Milli Məclisin üzvləri Aydın Mirzəzadə, Jalə Əliyeva, Rasim Musabəyov və başqaları çıxış edib.
Tədbirdə Şuraya daxil olan Rusiya, Ukrayna, yəhudi, tatar, Yunanıstan, Türkiyə və Polşa gənclər təşkilatlarının nümayəndələri şeir, mahnı, səhnəcik, rəqslər, təqdimatlar və bu kimi vasitələrlə öz dillərini nümayiş etdirərək, milli mətbəxlərdən təamlar hazırlayıb və mədəniyyətlərinin atributu olan milli geyimlərini nümayiş etdiriblər.
Qeyd edək ki, Beynəlxalq Ana dili Günü 1999-cu ilin Noyabrında YUNESKO-nun Baş Konfransında elan edilib və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik və mədəni müxtəliflik, o cümlədən çoxdilliliyi təbliğ etmək üçün qeyd edilir. Dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir vasitədir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə dil müxtəliflikləri və çoxdilli tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artmasına və qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB