Can Bonomo: \"Eurovision- 2012-nin iştirakçılarına rəqib kimi baxmıram\"
\"İlk dəfədir Azərbaycana gəlirəm və çox məmnun qaldım\". SİA-nın məlumatına görə, bunu eurovision.az saytına müsahibəsində Türkiyənin \"Eurovision- 2012\" təmsilçisi Can Bonomo deyib
"Bakını sevdim. Şəhərdəki memarlıq abidələri çox gözəldir. Burada olduğum müddətdə çox gözəl anlar yaşadım. Azərbaycan sənət dolu bir ölkədir və bunu canlı olaraq gördüm. Bakıda günlərim çox maraqlı keçdi və buna görə qardaş ölkəyə təşəkkür edirəm",- deyə iştirakçı bildirib.
Bakıya səfərini başa vuran Türkiyənin təmsilçisi müsabiqənin digər iştirakçılarına rəqib kimi baxmadığını da əlavə edib: "Bu layihə müxtəlif mədəniyyətlərlə görüş, müxtəlif musiqiçilərlə tanışlıq yeridir".
Can Bonomo ilə müsahibənin ardını sizə təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB