Aleksandr Rıbak Norveçin Milli Finalında çıxış edəcək

Aleksandr Rıbak Norveçin Milli Finalında çıxış edəcək
\"Eurovision- 2009\" mahnı müsabiqəsində Norveçə qalibiyyət qazandıran Aleksandr Rıbak (Alexander Rybak) ölkəsinin Milli Finalında çıxış edəcək. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Milli Final fevralın 11-də keçiriləcək.


Həmin gecə digər Eurovision qaliblərinin də çıxışı gözlənilir. Təşkilatçılar həmçinin qeyd edirlər ki, Milli Finalın interval aktı zamanı Norveçin \"Eurovision- 2010\" təmsilçisi Didrik Solli-Tanqen (Didrik Solli-Tangen ) "My Heart İs Your" mahnısını xor ilə birgə ifa edəcək.


Qeyd edək ki, Aleksandr Rıbak müsabiqədə ən yüksək 387 səs toplayaraq birincilik əldə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə