Korifey sənətkar 88 yaşını həmkarlarının əhatəsində qeyd edib- FOTO

Korifey sənətkar 88 yaşını həmkarlarının əhatəsində qeyd edib- FOTO

Azərbaycan teatrının canlı korifeyi, görkəmli sənətkar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, xalq artisti Firəngiz Şərifzadənin 88 yaşı tamam olub. Bu münasibətlə teatrın bir qrup əməkdaşı onu ziyarət edərək, doğum gün münasibətilə təbrik eiblər. Teatrdan SİA-ya verilən məlumata görə, sənətkar təbrikə gələn həmkarları ilə Azərbaycan teatrının şanlı keçmişindən söhbət açaraq, onun sabahına da böyük ümid bəslədiyini qeyd edib.

Onun ifa etdiyi müxtəlif tamaşalardakı maraqlı, rəngarəng obrazlar qalereyası sənətkarı xalqın sevimlisinə çevirdi. Dolğun xarakterlər və yaradıcılıq çox şaxəliliyi ilə seçilən aktrisa oynadığı rollar tamaşaçıların yaddaşında silinməz izlər qoyub. İstedadı, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özününküləşdirmək bacarığına malik aktrisa "Mənim nəğməkar bibim" (Əkrəm Əylisli), "Söhrab və Rüstəm" (İskəndər Coşğun), "Anacan" (Yusif Əzimzadə), "Keçən ilin son gecəsi" (Anar), "Sən nə üçün yaşayırsan?" (İmran Qasımov, Həsən Seyidbəyli), "Rübailər aləmində" (Məmmədhüseyn Təhmasib), "Yazığam, sevmə məni" (Əkrəm Əylisli), "Şəhidlər" (Bəxtiyar Vahabzadə), "Mahmud və Məryəm" (Elçin), "Ağ Dəvə" (Elçin), "Nənənin kələyi" (Əhməd Orucoğlu) və digər tamaşalarda ən incə mətləbləri belə tamaşaçıya çatdırmaq kimi vacib detalları məharətlə açmaq qabiliyyətinə malik olub.

Bütün xəbərlər Facebook səhifəmizdə