Basketbol üzrə kişilər arasında keçirilən 19-cu Azərbaycan Çempionatının 3-cü həftə oyunları keçirilib
Xəbər verdiyimiz kimi Heydər Əliyev adına İdman Konsert Kompleksinin İxtisaslaşdırılmış Basketbol Mərkəzində 2011-2012-ci illər mövsümünün basketbol üzrə kişilər arasında 19-cu Azərbaycan Çempionatının 3-cü həftə oyunları keçirilib.
Basketbol Federasiyasının mətbuat xidmətindən siasport.az saytına verilən məlumata görə, "Qala" BK - "BDU", "Araz" Naxçıvan- "AZTOP" , "Çağ Öyrətim" - "NLT- Tudor" qarşılaşmaları keçirilib.
Məlumat üçün bildirək ki, keçirilən görüşlərin nəticələri belə olub:
"Qala"BK- "BDU"- 111: 38
\"Araz\"-Naxçıvan - \"AZTOP\" 103:67
\"Çağ Öyrətim - \"NTL-Ydor\" 61-86
Qeyd edək ki, həftəsonu qarşılaşmalarında ən çox maraqla izlənən oyun \"ÇağÖyrətim - \"NTL-Ydor\" görüşü olub. Belə ki, qeyd olunan klublar çempionluğa ən iddialı komandalar olublar.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB