İran filminin “Oskar”a namizədliyi mollaları özündən çıxarıb

İran filminin “Oskar”a namizədliyi mollaları özündən çıxarıb

İranlı rejissor Əşgar Fərhadinin "Bir ayrılıq" adlı filminin Hollivudun ən prestijli mükafatı olan "Oskar"ın ən yaxşı film nominasiyası üçün namizədliyinin irəli sürülməsi mollalara yaxın qruplar tərəfindən "Vaşinqtonun siyasi cəhdi" kimi xarakterizə edilib.

İran rejiminə yaxınlığı olan yazar Məsud Fərasati bildirib ki, İran cəmiyyətinin filmdəki imici qərblilərin iranlıları görmək istədikləri çirkli rəsmi əks etdirir. Onun sözlərinə görə, bunun arxasında siyasi motivasiya var. Fərasati onu da qeyd edib ki, filmin "Oskar"a layiq görülməsi İranda xoş qarşılanmayacaq: "ABŞ bizə sanksiya tətbiq edir, digər tərəfdən filmimizə mükafat verərək müsbət mesaj göndərmək istəyir. Bu filmin müvəffəqiyyəti illüziyadır. Yaxşı film deyil". Fərasatinin bu şərhinə rejim tərəfdarlarından da dəstək gəlib.

Qızıl Kürə və digər beynəlxalq festival və mərasimlərdə bir çox mükafat qazanan filmin rejissoru İranın "Fars" televiziyası tərəfindən mükafat mərasimində qadınlarla əllə görüşdüuyü üçün tənqid olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə