Makedoniya \"Eurovision 2012\" mahnısını fevralın 29-da təqdim edəcək

Makedoniya \"Eurovision 2012\" mahnısını fevralın 29-da təqdim edəcək
Makedoniyanın \"Eurovision- 2012\" mahnı müsabiqəsindəki təmsilçisi Kaliopinin may ayında Bakıda ifa edəcəyi "Black and White" mahnısının xüsusi təqdimatı olacaq. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar fevralın 29-da 90 dəqiqəlik xüsusi proqram hazırlanıb.


Mahnının sözlərini Makedoniyanın builki Eurovision təmsilçisi Kaliopi özü yazıb. Musiqisi isə Romeo Grillə məxsusdur.


Qeyd edək ki, Kaliopi ölkəsini 1996-cı ildə də Eurovision Mahnı Müsabiqəsində təmsil edib. Həmin il o, müsabiqədə "Samo Ti" mahnısını ifa etmişdi.



Bütün xəbərlər Facebook səhifəmizdə